Əsas Səhifə > REGİON > Gürcüstanda MSK binasının bloklanması və ya ələ keçirilməsi 15 ilə qədər həbslə cəzalandırılacaq
Gürcüstanda MSK binasının bloklanması və ya ələ keçirilməsi 15 ilə qədər həbslə cəzalandırılacaq25-10-2024, 15:12 |
Gürcüstan Mərkəzi Seçki Komissiyasının binasının ələ keçirilməsi və ya bloklanması həbslə cəzalandırılacaq. Şəffaflıq.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin seçkilərdən bir gün əvvəl hökumətin saytında dərc olunmuş qərarında deyilir. “Terror məqsədləri üçün strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirmə və ya bloklama 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Törədilən əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - sənəddə bildirilir. Geri qayıt |