Əsas Səhifə > REGİON > Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib25-10-2024, 14:49 |
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. Sənədin lehinə 67 deputat səs verib. Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib. Geri qayıt |