Əsas Səhifə > ELM VƏ TƏHSİL > Növbəti xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də keçiriləcək

Növbəti xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də keçiriləcək


25-10-2024, 10:56


Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 2-də keçirilməsi nəzərdə tutulur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət imtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, danışıq bloku üzrə imtahanın isə 4-5 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

Bundan başqa, DİM bu gündən noyabrın 4-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.


Geri qayıt