Əsas Səhifə > SİYASƏT > Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə görüşüb24-10-2024, 12:42 |
Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər. Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir. Geri qayıt |