Əsas Səhifə > İnfrastruktur > Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək24-10-2024, 11:19 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Şəffaflıq.az Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. Geri qayıt |