Əsas Səhifə > MALİYYƏ > AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir


23-10-2024, 14:19


Azərbaycanda ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və Kibertəhlükəsizlik Departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Bununla belə, o deyib ki, son vaxtlar banklara qarşı kiberhücumların sayı azalıb: "Banklar dayanıqlı kibertəhlükəsizliyi təmin edib. Ümumiyyətlə, maliyyə institutları kibertəhlükəsizlik üzərində qurulub. İlk olaraq biz aktivlərimizin nə olduğunu bilməli, nəyi qoruduğumuzu anlamalıyıq – məlumatlar və onların dəyəri. İkinci olaraq isə bu aktivlərin mühafizəsi təmin edilməlidir," – deyə E. Eyvazlı vurğulayıb.


Geri qayıt