Əsas Səhifə > REGİON > Türkiyə Parlamenti Liviya hökuməti ilə imzalanmış hərbi əməkdaşlıq sazişini ratifikasiya edib
Türkiyə Parlamenti Liviya hökuməti ilə imzalanmış hərbi əməkdaşlıq sazişini ratifikasiya edib22-12-2019, 12:51 |
Türkiyə Parlamenti Liviyanın Milli Barışıq Hökuməti ilə imzalanmış "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumunu təsdiqləyib. Şəffaflıq.az-ın "Daily Sabah"a istinadən verdiyi xəbərə görə, saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minəcək. Qeyd edək ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb. Hərbi əməkdaşlıq memorandumu imzalandıqdan sonra Rəcəb Tayyib Ərdoğan, Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya qoşun göndərməsi barədə düşünəcəyini açıqlayıb. Geri qayıt |