Əsas Səhifə > FUTBOL > "Beşiktaş"ın qapıçısı zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq
"Beşiktaş"ın qapıçısı zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq21-10-2024, 21:44 |
Türkiyənin "Beşiktaş" kollektivinin qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq. Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Superliqanın IX turunda "Konyaspor"a qarşı keçirilən matçda sol çiynindən zədə alıb. O, oktyabrın 24-də UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Lion"a (Fransa) və 4 gün sonra Superliqada "Qalatasaray"a qarşı matçları buraxmalı olacaq. Qeyd edək ki, M.Günok cari mövsüm "Beşiktaş"ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 13 qol görüb. 5 qarşılaşmada isə "çərçivə"ni toxunulmaz saxlayıb. Geri qayıt |