Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib21-10-2024, 15:01 |
Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib. Şəffaflıq.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib. Layihənin parlamentin sabah keçirilməsi planlaşdırılan iclası çərçivəsində ratifikasiya olunacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib. Geri qayıt |