Əsas Səhifə > SİYASƏT > STM-in sektor müdiri: Dünya mediasında siyasi gündəliyi Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb

STM-in sektor müdiri: Dünya mediasında siyasi gündəliyi Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb


21-10-2024, 14:42


Dünya mediasında siyasi gündəliyi dəyişmək və Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri İlyas Hüseynov oktyabrın 21-də Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, saxta və qərəzli informasiyaları Azərbaycan cəmiyyətinin “şüuruna” yerləşdirməyə çalışan daxili xəyanətkar qüvvələrin sırasında azərbaycanlı soyadlarına da rast gəlinir:

“COP29-a ev sahibliyindən sonra Bakıya qarşı davam edən hücumların səbəbi bəzi inkişaf etmiş ölkələrin iqlimlə bağlı tədbirlər çərçivəsində yeni maliyyə öhdəliklərindən yayınmaq istəməsidir. Çünki bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilmişdi. Hazırda bu məbləğin 1 trilyon dollara qədər çatdırılması nəzərdə tutulur. Bakıda keçiriləcək COP29 tədbirində maliyyə müzakirələri öz nəticəsinə çatacaq. Bu da bəzi ölkələri narahat edən məqamdır”.


Geri qayıt