Əsas Səhifə > İqtisadiyyat / REGİON > Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib._FOTO
Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib._FOTO21-12-2019, 23:13 |
![]() ![]() Şəffaflıq.az xəbər verir ki, konfransda İqtisadiyyat Nazirliyinin Şamaxı Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığı çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa töhfə verməklə regionların və kənd yerlərinin inkişafına yönələn layihənin həyata keçirilməsi barədə danışılıb. Layihənin əsas məqsədi rəqabət qabiliyyətini artırmaq, iş yerləri açmaq və inklüzivliyi genişləndirmək üçün regional, sosial və iqtisadi fərqləri aradan qaldırmaqla, yerli və regional inkişafa dəstək verməkdir. Layihə çərçivəsində rayon icra hakimiyyəti “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” texniki yardım layihəsinin yerli və xarici ekspertlərlə birlikdə Şamaxı rayonu üçün şərab ixtisaslaşması üzrə inkişaf strategiyasını işləyib hazırlayıb. Konfransda regionun inkişafını dəstəkləyən və regionlar arasında fərqi azaldacaq tədbir və layihələr müzakirə olunub. Habelə kənd təsərrüfatı sahəsində sahibkarların bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru üçün marketinq və turizm məhsullarının inkişafı, səyahət yerlərinin menecmenti imkanları istiqamətində dövlət qurumları və donor təşkilatlarla müzakirələr aparılıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxıda üzümçülüyün və şərabçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib, rayonun sosial-iqtisadi inkişafında bu sektorun rolunun önəmini vurğulayıb. ![]() Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək, ölkədə üzümçülük və şərabçılığa dövlət dəstəyi və bu sahədə görüləcək işlərlə bağlı məlumat verib, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə əlaqədar verdiyi sərəncamlardan, bu sərəncamların kənd təsərrüfatının dinamik inkişafındakı əhəmiyyətindən danışıb. E.Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşma strategiyası barədə də iştirakçıları məlumatlandırıb. Bu ixtisaslaşma sayəsində Şamaxı rayonunda əhalinin məşğulluq səviyyəsi və fermerlərin gəlirləri, həmçinin şərab və üzüm məhsullarının ixracı artacaq, aqrar turizmin inkişafı üçün əlavə imkanlar yaranacaq. Nazir müavini, eyni zamanda, kooperativləşmənin və birgə fəaliyyətin fermerlərə verə biləcəyi töhfələr haqqında da ətraflı danışıb. ![]() Konfransda Avropa İttifaqı Bakı ofisinin nümayəndəsi xanım Simona Gatti layihənin əhəmiyyətindən söz açıb, davamlı regional inkişaf üçün əhatəli planlaşmanın vacibliyini vurğulayıb. ![]() Regional konfransda ölkədə fəaliyyət göstərən donor təşkilatların nümayəndələri çıxış edərək, Şamaxıda ixtisaslaşma strategiyasının icrasına verə biləcəkləri töhfələr haqda məlumat veriblər. Geri qayıt |