Əsas Səhifə > XARİCİ XƏBƏR > İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir


18-10-2024, 20:26


“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.


Geri qayıt