Əsas Səhifə > Cəmiyyət > "Şamaxinka"da qanunsuz parklanmaya nəzarət gücləndirildi

"Şamaxinka"da qanunsuz parklanmaya nəzarət gücləndirildi


21-12-2019, 15:54

Bakının Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və kəsişməyə yaxın ərazidə ("Şamaxinka" adlanan ərazidə) Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları tərəfindən, o cümlədən kameraların köməyi ilə qanunsuz parklanmaya nəzarət gücləndirilib.
Bu barədə Publika.az-a BNA-dan məlumat verilib.
Bunu nəzərə alaraq BNA sürücülərə tövsiyə edir ki, qeyd edilən ərazidə dayanma və durma qaydalarına əməl etsinlər, yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla digər hərəkət iştirakçılarının, xüsusən də müntəzəm marşrut xətt avtobuslarının hərəkətini məhdudlaşdırmasınlar.
Qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə, ilk növbədə, şimal istiqamətindən 20 Yanvar dairəsi, eləcə də əks istiqamətdə hərəkət edən 24 müntəzəm marşrut xətti üzrə 400-ə yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 410 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin mənzil başına lüzumsuz yerə əlavə vaxt itkisinə məruz qalmaqla çatmasına gətirib çıxarır.
Şəffaflıq.az

Geri qayıt