Əsas Səhifə > SİYASƏT > Komitə sədri: Zibillərin daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir

Komitə sədri: Zibillərin daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir


18-10-2024, 12:55


Zibillərin daşınması bələdiyyələrin səlahiyyələrinə aid deyil.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, əslində, bu iş bələdiyyələrə həvalə edilməlidir:

“Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır”.


Geri qayıt