Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov: Müstəqilliyin bərpası Azərbaycan tarixinə yeni səhifənin həkk olunması ilə əlamətdardır

Ceyhun Bayramov: Müstəqilliyin bərpası Azərbaycan tarixinə yeni səhifənin həkk olunması ilə əlamətdardır


18-10-2024, 11:09


18 oktyabrda Azərbaycanın müstəqilliyinin bərpa olunması şanlı Azərbaycan tarixinə yeni bir səhifənin həkk olunması ilə əlamətdardır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 

“X”dəki səhifəsində yazıb.

“Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ildönümünü ərazi bütövlüyünü bərpa etmiş suveren dövlət olaraq qeyd edir.

Həmvətənlərimizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir, doğma Azərbaycanımıza daimi müstəqillik arzu edirəm”, - C.Bayramov qeyd edib.


Geri qayıt