Əsas Səhifə > EKOLOGİYA > Xətai rayonunda torpaq sürüşməsi olub
Xətai rayonunda torpaq sürüşməsi olub17-10-2024, 13:45 |
Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir: "Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək". Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Geri qayıt |