Əsas Səhifə > REGİON > Zəlzələ Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan vurub

Zəlzələ Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan vurub


Dünən, 11:06


Oktyabrın 16-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölkənin Malatya və Elazığ vilayətlərində ümumilikdə 555 bina ziyan görüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib.

O qeyd edib ki, Elazığda 20 binaya dəymiş ziyan ağır, 517 binaya dəymiş ziyan isə yüngül qiymətləndirilir.

Həmçinin Malatyada 18 binaya yüngün ziyan dəyib.

Qeyd edək ki, dünən Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın insan xəsarət alıb.


Geri qayıt