Əsas Səhifə > XARİCİ XƏBƏR > Somalinin Azərbaycandakı qeyri-rezident səfiri XİN-in protokol rəhbəri ilə görüşüb

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri XİN-in protokol rəhbəri ilə görüşüb


16-10-2024, 23:44

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin mətbuat xidməti

məlumat yayıb.

“Səfir Fathudin Ali Mohamed bu gün Ankarada iqamət edən qeyri-rezident səfir olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin protokol rəhbəri cənab Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, afrikalı diplomat may ayında etibarnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana

təqdim etmişdi.



Geri qayıt