Əsas Səhifə > İnfrastruktur > ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları dəyişdirilmiş qrafiklə hərəkət edəcək
ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları dəyişdirilmiş qrafiklə hərəkət edəcək16-10-2024, 15:31 |
Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək. "Report" bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir. Məlumata görə, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir. Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir. Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək. Geri qayıt |