Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda mədən vergisi üzrə proqnoz sabit saxlanılır
Azərbaycanda mədən vergisi üzrə proqnoz sabit saxlanılır16-10-2024, 14:16 |
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 160 milyon manatının və yaxud 0,4 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. Geri qayıt |