Əsas Səhifə > SİYASƏT > Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib16-10-2024, 11:02 |
Qadınların su resurslarının idarə edilməsinə cəlb olunması bu sahədə problemlərin həlli istiqamətində nəticələrə müsbət təsir edə bilər. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təmiz su ilə bağlı problemlər var: "COP29 çərçivəsində qəbul olunan qərarlar bütün dünyada suya çıxışın olmasını əlçatan edəcək. Qadınların su resurslarına cəlb olunması, burada qərarların qəbuluna təsiri müsbət rol oynaya bilər. Bunun üçün onlar mütəxəssis hazırlığına cəlb olunmalıdır. Bunun üçün xüsusi proqramlar, layihələr işlənməlidir" Dövlət Komitəsinin sədri vurğulayıb ki, su ehtiyaclarının öyrənilməsi, buna dair elmi tədqiqatların aparılması və paralel olaraq gender bərabərliyini bu sahədə qorunması qarşıya qoyulan məqsədlərdən biridir. Geri qayıt |