Əsas Səhifə > REGİON > Rusiyada miqrant kvotası təsdiqlənib

Rusiyada miqrant kvotası təsdiqlənib


16-10-2024, 09:34


Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır.

Moskva şəhəri və Moskva ətrafı üçün müəyyənləşdirlən maksimum kvotaya görə 1 350 miqrantın burada yaşamasına icazə veriləcək.

Sankt-Peterburq üçün 200 icazə kvotası müəyyənləşdirilib. İki il əvvəl hər birinin 500 icazəsi olan Tatarıstan və Başqırdıstan bu il cəmi 100 (2024-cü ildə hər biri 250) icazə kağızı verə biləcək.

Qeyd olunub ki, son beş il ərzində kvotanın həcmi ildən-ilə azalır: 2023-cü ildə Rusiya Nazirlər Kabineti 13,5 min, 2022-ci ildə 19 minə yaxın, 2021-ci ildə 39 mindən çox icazə verib.


Geri qayıt