Əsas Səhifə > EKOLOGİYA > Professor: Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb
Professor: Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb15-10-2024, 12:10 |
Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb. "Report" xəbər verir ki, bunu akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Qurunun hidrologiyası və su ehtiyatları" şöbəsinin müdiri, professor Rza Mahmudov COP29-la bağlı "Azərbaycanda regional iqlim dəyişmələri və onun su ehtiyatlarına təsiri" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ölkə ərazisində regional iqlim dəyişmələrinin mövcud durumu və onun su ehtiyatlarına təsiri nəticəsində orta çoxillik temperaturlar çoxillik normaya nisbətən 1.1o C artıb: "Çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb". Geri qayıt |