Əsas Səhifə > Gündəm > Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin sayı açıqlandı
Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin sayı açıqlandı20-12-2019, 21:46 |
"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 nəfər müraciət edib". Şəffaflıq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb: "4 nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var". M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb. Geri qayıt |