Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Aİ Ukraynaya hərbi yardım missiyasını iki il müddətinə uzadacaq

Aİ Ukraynaya hərbi yardım missiyasını iki il müddətinə uzadacaq


15-10-2024, 09:40


Kiyevin daha çox müdafiə dəstəyinə ehtiyacı var, ona görə də ukraynalı hərbi kadrların hazırlanması gücləndirilməlidir.

Şəffalıq.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, əsas məsələ Ukraynaya hərbi yardım missiyasının mandatının uzadılması ilə bağlı konsensusa nail olmaqdır.

Qeyd edək ki, oktyabrın 14-də Aİ Xarici İşlər Şurasının iclası keçirilib. Şura iclasından əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot jurnalistlərə bildirib ki, EUMAM missiyası Ukrayna üçün 60 min hərbçi hazırlayıb və Avropa İttifaqı bu cür təlimləri davam etdirəcək.


Geri qayıt