Əsas Səhifə > İdman > Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.

Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.


14-10-2024, 21:18


Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.

Şəffaflıq.az xəbər verir ki, yarışın üçüncü günündə 51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb.

1/8 final görüşü boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.

Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyevnövbəti mərhələdə Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçirəcək.


Geri qayıt