Əsas Səhifə > SİYASƏT > XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub

XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub


14-10-2024, 15:50


Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanına çevrilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

"Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında daha bir Azərbaycan vətəndaşı yaralanıb. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq, Ermənistan düzgün mina xəritələrini verməkdən imtina edir. Bu da ölkənin sülh və normallaşma prosesində iddia edilən səmimi iştirakına ziddir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır".

Qeyd edək ki, bu gün Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb, xəsarət alan şəxsin ayağı amputasiya olunub.




Geri qayıt