Əsas Səhifə > EKOLOGİYA > Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək
Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək14-10-2024, 14:33 |
Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var: "Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq". Azərbaycanın əksər rayonlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda oktyabrın 15-16-da yağıntılı hava şəraiti davam edəcək. "Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. 15-i gündüz saatlarında yağıntıda əksər rayonlarda qısa müddətə fasilə olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 16-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq". Şəffaflıq.az Geri qayıt |