Əsas Səhifə > Hadisə > Ahıl vətəndaşların 10 min manata yaxın pulu ələ keçirilib, saxlanılan var
Ahıl vətəndaşların 10 min manata yaxın pulu ələ keçirilib, saxlanılan var14-10-2024, 11:53 |
Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib: "Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ kelçirildiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir." Şəffaflıq.az Geri qayıt |