Əsas Səhifə > Hadisə > Maştağada 37 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb, şübhəli saxlanılıb
Maştağada 37 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb, şübhəli saxlanılıb14-10-2024, 10:20 |
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bildirilib ki, oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir. Şəffaflıq.az Geri qayıt |