Əsas Səhifə > SİYASƏT > Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir14-10-2024, 10:17 |
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir. Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir. Şəffaflıq.az Geri qayıt |