Əsas Səhifə > Hadisə > Bakıda 7 yaşlı uşağı avtomobil vurub

Bakıda 7 yaşlı uşağı avtomobil vurub


14-10-2024, 01:55


Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü H.Ə. oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt