Əsas Səhifə > Gündəm > Vilayət Eyvazovdan daha bir TƏYİNAT
Vilayət Eyvazovdan daha bir TƏYİNAT20-12-2019, 18:12 |
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Kadrlar idarəsinə rəis təyin olunub. Şəffaflıq.az-ın xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin edilib. F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur. BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib. Geri qayıt |