Əsas Səhifə > XARİCİ XƏBƏR > Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib
Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib11-10-2024, 23:50 |
Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda” Kiyevin ehtiyaclarını müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqramda bildirib. Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynadakı təhlükəsizlik vəziyyəti, Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda ehtiyaclar, həmçinin regional tərəfdaşlıqların inkişafı olub. “Almaniyaya Ukraynaya göstərilən yardımın miqdarında, ilk növbədə müdafiə sahəsində Avropa liderliyi üçün təşəkkür edirəm. Növbəti ildə də onu eyni yüksək səviyyədə saxlamaq vacibdir”, – o əlavə edib. Daha öncə Zelenskinin Almaniyanın Baş naziri Olaf Şoltsla da görüşü baş tutub. Ukraynanın dövlət başçısı, Şoltsa “qələbə planı”nın təfərrüatlarını açıqlayıb. Geri qayıt |