Əsas Səhifə > MEDİA > Rəşad Məcid: Dezinformasiya ilə mübarizədə medianın fəaliyyətini yüksək qiymətləndirirəm

Rəşad Məcid: Dezinformasiya ilə mübarizədə medianın fəaliyyətini yüksək qiymətləndirirəm


11-10-2024, 11:18


Dezinformasiya ilə mübarizədə Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın fəaliyyəti təqdir olunmalıdır:

"Dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın, xüsusilə də televiziyaların fəaliyyətini yüksək qiymətləndirirəm. Medianın İnkişafı Agentliyi və Azərbaycan Televiziyasının birgə təşkil etdiyi "MediaLab" layihəsini də uğurlu hesab edirəm".


Geri qayıt