Əsas Səhifə > Hadisə > Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanılıb
Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanılıb11-10-2024, 09:15 |
Bakıda 330 min manat dəyərində saat oğurlanıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb. Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub. Hazırda istintaq davam edir. Geri qayıt |