Əsas Səhifə > EKOLOGİYA > Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ


10-10-2024, 15:20


Azərbaycanın rayonlarında sabah gündüzdən oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şəffaflıq.az


Geri qayıt