Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil

Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil


10-10-2024, 11:30

Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.

Onun sözlərinə görə, bu barədə müvafiq dövlət orqanlarına müraciətlər cavabsız qalır: "Müvafiq şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üçün vəkilə bir saata altı manat ödənilir. Bu məbləğin artırılması ciddi müzakirə mövzusu olmalıdır".


Geri qayıt