Əsas Səhifə > SİYASƏT > Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq10-10-2024, 11:20 |
Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq. "Report" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində "Ambisiyanın gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı tədbirdə müzakirələr zamanı deyib. Onun sözlərinə görə, indi fəaliyyətə keçmək vaxtıdır: "Azərbaycan beynəlxalq əməkdaşlığı müxtəlif səviyyələrdə təşviq etməyə çalışır. Bizim bununla bağlı üç əsas öhdəliyimiz var. Bunlar ambisiyaların genişlənməsi, şəffaflığın qorunması kimi məsələlərdir". Nazir həmçinin bildirib ki, COP29 çərçivəsində Bakı bəyannaməsi imzalanacaq: "Biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. Biz öz fəaliyyətimizi genişləndirməliyik. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan verir". Geri qayıt |