Əsas Səhifə > Maraqlı > Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış

Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış


20-12-2019, 11:56

 

Ağstafanın icra başçısının ardınca Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun da Dövlət Təhlükəsizli Xidməti (DTX) tərəfindən saxlanılması ictimaiyyət arasında icra başçıları haqqında mənfi rəyi gücləndirib.

DTX-ın yaydığı məlumatda korrupsiyaya görə həbs olunduğu vurğulanan Qoca Səmədov da dövlət təltifinə malik imiş.

Məlumatına görə, həbs olunan eks-icra başçısı 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunubmuş.

Qoca Səmədov 18 fevral 2011-ci il tarixindən 31 oktyabr 2019-cu il tarixinə kimi Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsində çalışıb.
O da 2004-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şəffaflıq.az
Geri qayıt