Əsas Səhifə > Hadisə > Ağcabədidə qanunsuz balıq ovlayan şəxs müəyyən edilib
Ağcabədidə qanunsuz balıq ovlayan şəxs müəyyən edilib10-10-2024, 09:39 |
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Şəffaflıq.az Geri qayıt |