Əsas Səhifə > İnfrastruktur > Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək
Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək9-10-2024, 15:39 |
|
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 11-də Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayon sakinlərini qəbul edəcək. Şəffaflıq.az Komitəyə istinadən xəbər verir ki, komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102 ünvanında baş tutacaq. Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, elektron poçt ünvanı, həmçinin arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür. Geri qayıt |