Əsas Səhifə > Kriminal > Tatarov icra başçısına rüşvəti necə aldığını danışır - “Vermirdilər, güclə aldım...”
Tatarov icra başçısına rüşvəti necə aldığını danışır - “Vermirdilər, güclə aldım...”20-12-2019, 11:50 |
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla, Lalə Eyyubovanın, həmçinin Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsi gündəmin əsas müzakirə mövzusudur. Xatırladaq ki, məmurların həbsi Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərədindən həyata keçirilib. Onlar rüşvət və korrupsiyada ittiham edilir. DTX bu həbslərlə bağlı videomaterial da yayıb. Görüntülərdən aydın olur ki, Nizaməddin Quliyevin otağına kamera yerləşdirilib. İcra başçısının rüşvət əməliyyatları həmin görüntülərdə əks olunub. Görüntülər müxtəlif vaxtlara aiddir. Məsələn, 10 dekabr 2019-cu il tarixli görüntüdə Ramiz Tatarovun icra başçısının otağına gələrək ona pul verdiyi əks olunur. Həmin vaxt Ramiz Tatarov icra başçısına deyir: “Vermirdilər, güclə aldım. Onun da 200-nü nədi o elektrikə verdim”. Söhbətin konkret kimlərdən getdiyi aydın olmasa da, ehtimal edilir ki, icra başçısına verilən pul büdcə təşkilatlarında işləyənlərdən alınıb. Yenə həmin günə aid görüntüdə Nizaməddin Quliyevlə Ramiz Tatarov arasında belə bir dialoq əks olunur: Nizaməddin Quliyev: Onlar neçə nəfərdirlər? Ramiz Tatarov: Üç nəfər. Biri yaxın durmur. Nizaməddin Quliyev: Durmur durmasın, çıxardacam onu. 17 dekabr 2019-cu ilə aid görüntüdə isə Ramiz Tatarov yenə Nizaməddin Quliyevə hansısa məbləğdə pul verir və deyir: “Kəndin müsahibidir”. 14 dekabr 2019-cu ilə aid görüntüdə isə Ramiz Tatarov cibindən çıxardığı pulu icra başçısına uzadaraq deyir: “200 hektar yer var, 2500 manat”. İcra başçısı isə pulun 1000 manatını Ramiz Tatarova qaytarır: “Ala bunun 1000 manatını qoy cibinə”... Şəffaflıq.az Geri qayıt |