Əsas Səhifə > SİYASƏT > Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib

Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib


9-10-2024, 13:04


Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, - Britaniya səfiri Ferqus Auld videomüraciətində bildirib.


Geri qayıt