Əsas Səhifə > SAĞLAMLIQ > Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub

Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub


9-10-2024, 10:18


Bu ilin yanvar-sentyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 274 532 cərrahi əməliyyat və prosedur (251.578 stasionar, 22.954 ambulator olmaqla) icra olunub.

Qeyd olunub ki, tibbi müəssisələrində bu ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17 979 237 müraciət qeydə alınıb. Bunlardan 446 065-i stasionar, 17 533 172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

Bu ilin ilk 9 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Həmin müddət ərzində 61 794 180 (8 277 201 stasionar, 53 516 979-u ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 59%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlin ilk 9 ayı ərzində 24 653 322 laborator müayinələr aparılıb ki, onların da 3 830 336-sı stasionar, 20 822 986-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 123%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40% artıb.

Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində 274.532 cərrahi əməliyyat və prosedur (251 578 stasionar, 22 954 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 16%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb.

Şəffaflıq.az


Geri qayıt