Əsas Səhifə > Cəmiyyət > “Aptek narkomaniyası” Yeniyetmələrə gizli satılan dərmanlar

“Aptek narkomaniyası” Yeniyetmələrə gizli satılan dərmanlar


19-12-2019, 23:16

Hazırda bir çox ölkələrdə, xüsusən MDB dövlətləri, eləcə də Bakı şəhərində bir çox apteklərdə ciddi reseptlə satılan narkotik təsirli dərmanların gənc və yeniyetmələrə satılması barədə informasiyalar daxil olur.
Xüsusən kiçik, ucqar yerlərdə olan, gözdən bucaqdan uzaq apteklər "daimi" müştərilərinə bu dərmanları hava qaralandan sonra əl altdan bir qədər də baha qiymətə satır.
Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, çox zaman valideynlər uşaqda iynə, hər hansı narkotik vasitə aşkarlamır, izləsə də izinə düşə bilmir və ağlına gəlmir ki, övladı aptek narkomaniyasının qurbanıdır.
Narkoloqlar həyəcan təbili çalaraq, dövlət qurumları, polis, Səhiyyə nazirliyini apteklər və reseptlə satılan dərmanlar üzərində ciddi nəzarətə səsləyir.
Bu problem səbəbindən bu dərmanlara ehtiyac duyan xəstələr dərmansız qalır, hər aptek belə dərmanları satmır, eləcə də resept köhnəlibsə, xəstə həkimə gedə bilmirsə və dərman ona təcili lazımdırsa, apteklər qorxudan onlara dərmanı satmır.
Buna baxmayaraq, bir qrup gənc və yeniyetmə var ki, hətta normal resetlə aptekə yaxınlaşaraq dərmanları alır. Bu məsələdə həkim-narkoman sövdələşməsi də mövcuddur.
Əczaçılar bildirir ki, daha çox hava qaralanda, aptek bağlanmağa yaxın bu müştərilər gəlməyə başlayır. Çox zaman atası, babası üçün dərmanı almaq istədiyini bildirib ya resepti unutduqlarını deyirlər, ya da köhnə, vaxtı keçmiş resept uzadırlar. Amma o yeniyetmənin, gəncin üzünə, davranışına baxan kimi məqsədi aydın olur.
Bəzən reseptlə gəlirlər, bu zaman imtina etmək olmur, yeganə çıxış yolu dərman bitib yoxdur demək olur.
Hazırda narkotik təsirli preqabalin, tapentadol və tropikamid adlı dərmanların reseptsiz satışı və dövriyyəsi, alışı və istifadəsi cinayət məsuliyyəti yaradır.
Bu dərmanları narkomanlar, alkoqoldan çox istifadə edənlər, psixoloji problemi olanlar daha çox alır.
Epileptik tutmalar, neyropatik ağrılar, ağır xəstələr, müalicədə olan narkoloji xəstələr üçün təyinatı olan bu dərmanların əks göstərişləri və təsirləri də çoxdur.
Aptek narkomanları hansı aptekin onlara dərman sata biləcəyini yaxşı bilir və bir-birinə xəbər verirlər.
Bəzi əzcaçılar dərmanları başqa qutunun içinə qoyub verir, bəziləri əlavə faiz alır, bəziləri isə köhnə reseptlər əsasənda dərmanı bazadan silir.
Dərmanların doza həddinin aşılması insanı komaya sala bilir.
Narkomanlar gözləməyi çox sevmir, elə aptekdən çıxan kimi binaların yanında, kolluqda boş dərman qutularını görmək olur.
Eləcə də onlar rola girməyi, lazım gələrsə yalvarmağı, satıcı ilə manipulyasiya etməyi gözəl bacarır.
Çxo zaman narkomanlar dəstəsi aralarına yeni gələni, xarici görünüşü normal olanı dərman ardıyca göndərir. Bu polisdə də şübhə yaratmır.
Aptek narkomaniyasından xilas olmaq çətin olsa da mümkündür, bu asılılığın da müalicəsi narkoloqlar tərəfindən xüsusi müalicə ilə aparılır.
Valideynlər övladlarını ətraf və yaxın uzaq apteklərə girib çıxmadığını dəqiqləşdirməli, yeri gələndə onları izləməlidir.
Eləcə də uşağın çantasında, otağında və ya hardasa gizlətdiyi hər hansı tablet aşkarladıqda, onun nə olmasını araşdırmalıdır.
Narkoloqlar bildirir ki, yeniyetmələr arasında dərman toksikologiyası sərhədləri aşıb, bu sahədə fövqəladə vəziyyət elan etməyin vaxtı gəlib çatıb.
Çünki aprek narkomaniyası normal ailələrin əxlaqlı, sadə və hətta tərbiyəli, təhsildə seçilən uşaqlarını cənginə ala bilir.
Geri qayıt