Əsas Səhifə > ELM VƏ TƏHSİL > Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək
Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək8-10-2024, 11:40 |
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda peşə hazırlıq mərkəzi tikiləcək. Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib. O qeyd edib ki, təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqənin qurulmasını təmin edilməlidir: "Bununla əlaqədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik". Geri qayıt |