Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb8-10-2024, 11:17 |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub. Şəffaflıq.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,2 % artaraq 2,7 milyard manatdan çox təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12 % artaraq 148,7 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5 % artaraq 112,4 milyon manata çatıb. İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,1 % artaraq 738,1 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1 % artaraq 524,9 milyon manat olub. Geri qayıt |