Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda qiymətli kağızların məsafədən ticarətinə başlanılacaq
Azərbaycanda qiymətli kağızların məsafədən ticarətinə başlanılacaq8-10-2024, 10:22 |
Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq. Şəffaflıq.az xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib. "Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək", - deyə o qeyd edib. Bundan başqa, Birja rəsmisi deyib ki, "yaşıl istiqraz" seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: "Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq". Geri qayıt |