Əsas Səhifə > REGİON > TBMM sədri: Türkiyə regionda qurulan oyunları poza bilər

TBMM sədri: Türkiyə regionda qurulan oyunları poza bilər


7-10-2024, 16:27


Türkiyə regionda qurulan oyunları poza bilər.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Düzce Universitetində yeni tədris ili ilə bağlı çıxışında deyib.

O bildirib ki, bunun üçün Türkiyənin güclü və həmrəy olması kifayətdir.

N.Kurtulmuş xatırladıb ki, oktyabrın 8-də TBMM-də Yaxın Şərqdəki vəziyyət geniş müzakirə olunacaq, ölkənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidan çıxış edəcəklər.


Geri qayıt